Bank Of Baku

Braziliyanın cənubunda körpü uçub, 15 nəfər itkin düşüb

Braziliyanın cənubunda körpü uçub, 15 nəfər itkin düşüb
# 05 yanvar 2010 20:45 (UTC +04:00)
Bakı-APA. Braziliyanın cənubundakı Riu-Qrandi-du-Sul ştatında körpünün uçması nəticəsində 8 nəfər yaralanıb, ən azı da 15 nəfər itkin düşüb.

Jakui çayı üzərindən keçən regional miqyaslı şosedə qəza yerli vaxtla səhər saatlarında baş verib. APA-nın “RİA-Novosti”yə istinadən verdiyi məlumata görə, qəzaya səbəb leysan yağışlarıdır.

Məcrasından çıxan çayda suyun səviyyəsi səkkiz metr qalxıb. Qəza çayın eni 600 metr olan hissəsində qeydə alınıb. Xilasedicilərin verdiyi məlumata görə, körpü uçarkən hadisə yerində 23 nəfərdən 30 nəfərədək adam olub. Axtarış-xilasetmə işləri kəskin axına görə çətinləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR