Bank Of Baku

Kuba Amerikanın sərt təhlükəsizlik qaydalarına əməl etmir

Kuba Amerikanın sərt təhlükəsizlik qaydalarına əməl etmir
# 06 yanvar 2010 01:21 (UTC +04:00)
Bakı – APA. Kuba rəhbərliyi Amerikanın yüksək rütbəli diplomatını öz ölkəsinə çağıraraq ondan Kubadan ABŞ-a uçan vətəndaşlara qarşı əlavə yoxlamaların aparılmasına etirazını bildirib.
APA-nın “Asoşieytid Press” agentliyinə istinadən verdiyi məlumata görə, Kuba Xarici İşlər Nazirliyindən bəyan ediblər ki, ABŞ-ın bu ölkədəki səfirinə Milad bayramı ərəfəsində qarşısını vaxtında alınmış terror aksiyasından sonra həyata keçirilməyə başlanılan bu sərt təhlükəsizlik tədbirləri barəsində rəsmi etiraz məktubu göndərilib.
Kuba XİN-in əməkdaşı Cosefina Vidal Fereyro “Asoşieytid Press” agentliyinə müsahibəsində deyib ki, ölkəsi bu cür düşmən münasibəti qətiyyətlə pisləyir.
Xatırladaq ki, ABŞ hakimiyyəti bu olaydan sonra Kuba da daxil olmaqla 14 ölkədən gələn vətəndaşlara qarşı sərt təhlükəsizlik tədbirləri keçirməyi nəzərdə tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR