Bank Of Baku

Obama kəşfiyyatın səhvlərini etiraf etdi

Obama kəşfiyyatın səhvlərini etiraf etdi
# 06 yanvar 2010 04:09 (UTC +04:00)
Bakı- APA. Barak Obama Amerika kəşfiyyatının təyyarənin partladılması haqqında kifayət qədər məlumatı olduğunu, lakin bundan düzgün yararlana bilmədiyini etiraf edib.
BBC-nin yaydığı xəbərə görə, Amerika prezidentinin təhlükəsizlik məsələləri üzrə müşavirləri Detroyt üzərində təyyarəni partlatmaq cəhdinin araşdırdıqdan sonra Barak Obamanı məlumatlandırıblar.
ABŞ prezidenti ölkə vətəndaşlarına zərər yetirməyə çalışan əl-Qaidənin gələcək cəhdlərinin qarşısının alınacağını bəyan edib.
Dekabrın 25-də Amsterdam-Detroyt reysi ilə uçan təyyarəni partlatmaq cəhdində günahkar bilinən Ömər Faruq Əbdülmütəlləb müstəntiqlər tərəfindən bir neçə saat dindirilib.
Əl-Qaidənin Yəmən bölməsindən bombanı alan Əbdülmütəlləbin alınmayan cəhdi avianəqliyyatda sayıqlığı artırmağa vadar edib.
Ağ Ev təmsilçisi Robert Gibbs jurnalistlərə bildirib ki, Federal Təhqiqat Bürosunun əməkdaşları Əbdülmütəlləbi bir neçə saat sorğu-sual edərkən, ondan aldıqları informasiyaları prezidentə çatdırıblar.
Vaşinqton «xüsusi risqli ölkələr» qismində saydığı 14 ölkədən gələn sərnişinlərə qarşı kompleks tədbirlər həyata keçirib. Siyahıya əsasən Nigeriya, Somali və Yəmən daxil edilib. Uğursuz partlayış cəhdindən sonra təyyarəyə buraxılmayan sərnişinlərin siyahısına onlarla yeni adlar əlavə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR