Bank Of Baku

Hillari Klinton: “İrana qarşı sanksiyaların tətbiqinə dair danışıqlar aparılacaq”

Hillari Klinton: “İrana qarşı sanksiyaların tətbiqinə dair danışıqlar aparılacaq”
# 12 yanvar 2010 13:39 (UTC +04:00)
Bakı. Ayaz Abdulla – APA. “Böyük altılıq” bu həftənin sonunda İranın nüvə proqramı ilə bağlı görüş keçirməyi planlaşdırır. APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Hillari Klinton deyib. O, toplantının Nyu-Yorkda keçiriləcəyini və Tehrana qarşı hansı sanksiyaların tətbiq olunacağı məsələsinin müzakirə ediləcəyini söyləyib.
Qeyd edək ki, “böyük altılığa” ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR