Bank Of Baku

Obama hərbi əməliyyatların davam etdirilməsi üçün daha 33 milyard dollar ayrılmasını istəyir

Obama hərbi əməliyyatların davam etdirilməsi üçün daha 33 milyard dollar ayrılmasını istəyir
# 13 yanvar 2010 12:51 (UTC +04:00)
Bakı. Ayaz Abdulla-APA. 2011-ci ildə İraq və Əfqanıstanda hərbi əməliyyatları davam etdirmək məqsədi ilə Barak Obama administrasiyası Konqresdən daha 33 milyard dollar vəsait ayrılmasını tələb edəcək. APA-nın “RBC” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonda adı çəkilmək istəməyən mənbə xəbər verib. Məlumata əsasən, hərbi məqsədlər üçün Ağ Evə 708 milyard dolar lazım olacaq. Bu layihə büdcəsinin müzakirəsi fevralın 1-nə gözlənilir.

Qeyd edək ki, bundan əvvəl ABŞ rəhbərliyi Əfqanıstana əlavə 3100 əsgərin göndərilməsinə qərar verib. Kabilə göndərilən kontingentin 2600 nəfəri döyüş bölmələrin əsgərləri, digər 500 nəfər isə xidmətçi bölmələrin əsgərləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR