Bank Of Baku

Haiti prezidenti zəlzələ nəticəsində ən azı 30 min nəfərin öldüyünü açıqlayıb

Haiti prezidenti zəlzələ nəticəsində ən azı 30 min nəfərin öldüyünü açıqlayıb
# 14 yanvar 2010 07:32 (UTC +04:00)
Dövlət başçısı bu rəqəmlərin konkret mənbəyə əsaslanmadığını, yalnız ilkin ehtimallara əsasən açıqlandığını deyib: “Çoxlu sayda ev, xəstəxana, məktəb dağılıb. Küçələr meyitlərlə doludur. Mən nə Prezident Sarayında, nə də evimdə yaşaya bilirəm. Çünki hər ikisi yerlə yeksan olub”.

Bundan əvvəl baş nazir Jan-Maks Belriv də təbii fəlakət nəticəsində ölnələrin sayının yüz minlərlə ola biləcəyini açıqlamışdı. Onun sözlərinə görə, dağıntılar altında çoxlu sayda sağ insanın olduğu güman edilsə də, xilasedicilərin çatışmaması insanları dağıntılar altından çıxarmağa mane olur. Xatırladaq ki, yanvarın 12-də baş verən zəlzələnin gücü Rixter şkalası üzrə 7 bal təşkil edib. Daha sonra bölgədə gücü 5,5 baldan çox olan bir neçə yeraltı təkan qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR