Bank Of Baku

Federal Təhqiqat Bürosu Üsamə bin Ladenin yeni şəkillərini hazırlayıb

Federal Təhqiqat Bürosu Üsamə bin Ladenin yeni şəkillərini hazırlayıb
# 15 yanvar 2010 13:46 (UTC +04:00)
Bakı. Ayaz Abdulla-APA. Federal Təhqiqat Bürosu “Əl-Qaidə” terror təşkilatının rəhbəri Usama bin Ladenin mümkün olan yeni şəkillərini açıqlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə bu barədə bin Ladenin yeni şəkilləri olmadığı üçün, FTB mütəxəssisləri onun bu günə mümkün olan rəqəmsal şəkillərini hazırlayıb. Birinci şəkildə bin Laden başında sarıq və ənənəvi kostyumda, digər şəkildə isə müasir geyim, qırxılmış saç və qısa saqqalla təsvir olunub.
“Ümid edirik ki, bu rəqəmsal şəkillər kiməsə terrorçunu tanımaqda və Dövlət Departamentinin Rewards for Justice şöbəsi ilə əlaqə saxlayaraq onun yaxalanmasına kömək edəcək” deyə informasiya şöbəsinin rəhbərinin müavini Robert Ekert vurğulayıb.
Əlavə edək ki, Rewards for Justice şöbəsi, terrorçunun yerini müəyyənləşdirməyə görə pul mükafatını təyin edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR