Bank Of Baku

Haiti Daxili İşlər Nazirliyi zəlzələ nəticəsində ölənlərin sayının 200 min nəfərə çatacağını açıqlayıb

Haiti Daxili İşlər Nazirliyi zəlzələ nəticəsində ölənlərin sayının 200 min nəfərə çatacağını açıqlayıb
# 16 yanvar 2010 09:12 (UTC +04:00)
O artıq dağıntılar altından 50 mindən artıq meyitin çıxarıldığını bildirib: “Zəlzələ qurbanlarının sayının 200 minədək artacağını gözləyirik, amma dəqiq rəqəmi heç vaxt bilməyəcəyik”.
Haiti hökuməti humanitar yardımların çatdırılması və paylanması işinin effektiv təşkili məqsədilə Port-o-Prens aeroportunun idarəetməsini rəsmən ABŞ-a verib. Dövlət Departamentinin rəsmi nümayəndəsi Filipp Krouli bununla bağlı Haitinin baş naziri Jan-Maks Belrivin qarşılıqlı anlaşma memorandumu imzaladığını deyib. Hazırda gün ərzində Haiti aeroportuna orta hesabla 90 təyyarə enir. ABŞ Port-o-Prens hava limanının idarəsini Haiti hökuməti aeroportu tam şəkildə idarə etməyə qadir olana kimi həyata keçirəcək.
Xatırladaq ki, yanvarın 12-də Haiti adasında 7 və 5,9 bal gücündə iki dağıdıcı zəlzələ baş verib. Zəlzələ nəticəsində Haitinin paytaxtı tamamilə yerlə yeksan olub, ölkənin idarəetmə qurumlarının yerləşdiyi binalar, xəstəxanalar, məktəblər və yaşayış evləri yarasız vəziyyətə düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR