Bank Of Baku

Milyarder Sebastyan Pinyera Çili prezidenti seçilib

Milyarder Sebastyan Pinyera Çili prezidenti seçilib
# 18 yanvar 2010 07:45 (UTC +04:00)
Santyaqo-APA. Çilidə keçirilən prezident seçkilərində milyarder Sebastyan Pinyera qalib gəlib. APA-nın məlumatına görə, səslərin 60 faizini hesablayan seçki orqanları Sebastyan Pinyeranın 51,8, sol mərkəzçi partiyanın namizədi Eduardo Freyin isə 48,1 faiz səs topladığını bildirirlər. Artıq Eduardo Frey seçkilərdə məğlub olduğunu etiraf edib. 60 yaşlı Pinyera Çilidə son 20 ildə sağ mərkəzçi təmayülü təmsil edən ilk prezident olacaq. Prezident seçkilərinin ilk turu dekabrın 13-də keçirilib. Hazırkı prezident Mişel Baçaletin reytinqi yüksək olsa da, Konstitusiyaya görə eyni şəxs iki dəfə ard-arda prezident seçilə bilməz. Bu səbəbdən Baçalet seçkilərdə iştirak etməyib. Sebastyan Pinyera 2005-ci ildə prezident seçkilərində iştirak etsə də, o zaman indiki prezident Mişel Baçaletə məğlub olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR