Bank Of Baku

BMT İnkişaf Proqramı Haitidə bərpa işləri məqsədilə vəsait toplanması üçün bəşəriyyətə müraciət edib

BMT İnkişaf Proqramı Haitidə bərpa işləri məqsədilə vəsait toplanması üçün bəşəriyyətə müraciət edib
# 18 yanvar 2010 18:05 (UTC +04:00)
Bakı. Ayaz Abdulla – APA. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) yanvarın 6-da Haitidə baş vermiş zəlzələ ilə əlaqədar təxirəsalınmaz bərpa işlərinə yardım üçün 35,6 milyon ABŞ dolları məbləğində vəsait toplanması məqsədilə dünya əhalisinə müraciət ünvanlayıb. Bu barədə APA-ya qurumun Bakı ofisindən məlumat verilib.

Qeyd edək ki, 562 milyon ABŞ dolları məbləğində vəsait toplamaq üçün BMT tərəfindən daha geniş təcili müraciətin bir hissəsi olan hazırkı çağırış, zərər çəkmiş əhaliyə qısa müddət ərzində erkən bərpa işlərində yardım göstərmək üçün BMT İP tərəfindən görülən tədbirlərdəndir.
Qurumun Bakı ofisinin yaydığı məlumatda daha sonra bildirilir ki, yardımlar ilk növbədə, dağılmış tikililərin qalıqlarını təmizləmək və əsas infrastrukturu bərpa etmək üçün, işə görə nağd ödəniş formasında əməyi stimullaşdıran və xeyli əmək qüvvəsi tələb edən digər tədbirlərə yönələcək. Məqsəd, təxminən 1 mln. 50 min nəfər əhaliyə fayda verəcək 220 min müvəqqəti iş yeri yaratmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR