BP axan quyuya yeni qapaq qoyub
14 iyul 2010 00:40 (UTC +04:00)
Bakı-APA. BP şirkəti Meksika körfəzində dənizə neft axıdan quyu üzərinə yeni qapağın qoyulmasını uğurla başa vurub.
APA-nın bbc.com saytina verdiyi xəbərə görə, bu haqda şirkət rəsmiləri xəbər veriblər. Ümid edilir ki, yeni qapaq axmanı tam dayandıracaq.
Lakin BP xəbərdarlıq edib ki, indiyə kimi belə dərinlikdə qapaq sistemi heç zaman tətbiq edilməyib.
"Onun neft və qazı saxlaya biləcəyinə təminat yoxdur."
Şirkət həm də deyib ki, axmanın qarşısını birdəfəlik almağın yeganə yolu, hazırda yaxınlıqda qazılan iki quyudur.
Bu prosesin avqustun ortalarında bitiriləcəyi güman edilir.
Bu arada, Amerika hökuməti dərin sularda quyu qazılmasına yeni moratorium elan edib.
Bundan əvvəl moratoriumu qanunsuz elan etmiş Luiziana federal məhkəməsinin yeni qadağana necə yanaşacağı məlum deyil.

Amerika
Bayden Trampı planet üçün təhlükə adlandırıb
07:22
22 may 2024
ABŞ Böyük Britaniyaya iki strateji bombardmançı təyyarə göndərib
05:11
22 may 2024
Blinken: "ABŞ qoşunları sentyabrın 15-dək Nigeri tərk edəcək"
04:31
22 may 2024
Metyu Miller: “ABŞ prinsipial olaraq Ukraynanın müharibədə qalib gəlməsini istəyir”
06:27
21 may 2024