Bank Of Baku

Keçmiş məcburi köçkün: Kərkicahana qayıtmaq qürurvericidir

Musa Nəsirov

© APA | Musa Nəsirov

# 25 iyun 2026 12:36 (UTC +04:00)

"Kərkicahandan üçüncü sinifdə oxuyanda çıxmışdım. Məcbur qalıb doğma yurdumuzu tərk etdik".

APA xəbər verir ki, bunu bu gün Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə köçürülən keçmiş məcburi köçkün Musa Nəsirov deyib.

O bildirib ki, ailəsi Kərkicahandan məcburi köçkün düşdükdən sonra əvvəlcə Xocalıda, daha sonra isə müxtəlif bölgələrdə məskunlaşıblar:

"Bu gün Goranboy rayonundan Kərkicahana qayıtdıq. Çox qürurverici hadisəyə şahidlik edirik. Çox sevincliyəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah Prezidentimizə, qazilərimizə can sağlığı versin".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR