Bank Of Baku

İranın nüvə alimi Pakistanın Vaşinqtondakı səfirliyindən sığınacaq istəyib

İranın nüvə alimi Pakistanın Vaşinqtondakı səfirliyindən sığınacaq istəyib
# 14 iyul 2010 04:14 (UTC +04:00)
Bakı-APA. İran Birləşmiş Ştatların Kəşfiyyat Agentliyi tərəfindən oğurlanan nüvə alimi Şəhram Əmirinin Pakistanın Vaşinqtondakı səfirliyində sığınacaq istədiyini deyib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, dövlət mediası alimin tez bir zamanda Tehrana göndərilməsini xahiş etdiyini xəbər verib. Pakistan Xarici İşlər Nazirliyinin rəsmisi İran rəsmilərinin Vaşinqtonda Əmirinin İrana göndərilməsini müzakirə etdiklərini bildirib.
30 ildir nüvə fizikası ilə məşğul olan Əmiri 2009-cu ilin iyun ayında oğurlanmışdı. Bundan bir neçə ay sonra İranın xarici işlər naziri Mənuçehr Mottəki alimin yoxa çıxmasında ABŞ-ın əli olduğuna dair dəlillərin meydana çıxmasını bildirmişdi.
Nüvə alimi Şəhram Əmiri başına gələnlərin, onun Briləşmiş Ştatlar Kəşfiyyat Agentliyi tərəfindən oğurlandığı və işgəncələrə məruz qaldığı, və ya onun elmi araşdırmalar aparmaq məqsədi ilə Birləşmiş Ştatlarda olduğu barədəki yazıları bir sıra suallar yaranmasına səbəb olub.
İran Şəhram Əmirinin Səudiyyə Ərəbistanında səfərdə olarkən ABŞ Kəşfiyyat Agentliyi tərəfindən oğurlandığını deyir. Vaşinqton ona qarşı irəli sürülən ittihamı rədd edir.
Şəhram Əmiri Birləşmiş Ştatlar və digər dövlətlərin İranın nüvə silahı istehsal etməkdə şübhələndiyi İranın Atom Enerjisi Təşkilatında çalışırdı. Tehran isə bunun yalan olduğunu deyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR