Bank Of Baku

ABŞ və Cənubi Koreya tezliklə Sarı dənizdə hərbi təlim keçirəcəklər

ABŞ və Cənubi Koreya tezliklə Sarı dənizdə hərbi təlim keçirəcəklər
# 15 iyul 2010 03:29 (UTC +04:00)
Bakı-APA. ABŞ və Cənubi Koreya rəhbərliyi Sarı dənizdə birgə hərbi təlimlərin keçirilməsi barədə razılığa gəliblər. Bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Morrell məlumat verib.

O bildirib ki, iyulun 21-də ABŞ dövlət katibi Hillari Klinton və müdafiə naziri Robert Geyts Seula cənubi koreyalı həmkarları ilə danışıqlar aparmağa yola düşəcəklər.

«Görüş Sarı və Yapon dənizlərində HHQ və HDQ-nin təlimləri də daxil olmaqla, ABŞ və Cənubi Koreyanın bir neçə birgə təlim keçirməsi üçün yaşıl işıq yandırmalıdır», deyə Morrell bildirib.

Qeyd edək ki, bu ilin martında Cənubi Koreyanın «Çxonan» hərbi gəmisinin vurulması ilə bağlı Cənubi və Şimali Koreya arasında gərginlik hökm sürür. Seul gəminin vurulmasında Şimali Koreyanı günahlandırır, KXDR isə bu işə aidiyyəti olmadığını bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR