Bank Of Baku

Iranlı nüvə fizikası alimi ABŞ-dan vətənə döndü

Iranlı nüvə fizikası alimi ABŞ-dan vətənə döndü
# 16 iyul 2010 01:45 (UTC +04:00)
Bakı-APA. İranın yaydıgı məlumatına görə, ABŞ tərəfindən oğurlandığını iddia etmiş nüvə fiziki Tehrana yollanıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Şəhram Əmirinin ötən il oğurlanmasına dair dəlillərə malik olduğunu deyən rəsmilər dövlət mediasına onun ABŞ-ı tərk etdiyini söyləyiblər.
ABŞ-ın Dövlət Departamenti Əmirinin Amerikada öz arzusuna uyğun olaraq qaldığında israr edir.
İyun ayında Əmiri üç video müraciətində ABŞ-a gəlməsi barədə bir-birinə zidd məlumatlar verdi.
Birincisində o Amerika və Səudiyyə agentləri tərəfindən həcdə olarkən oğurlandığını iddia etmişdi.
Sonrakı videoda Əmiri ABŞ-da öz arzusu ilə qaldığını demişdi.
Üçüncüsündə isə onu tutanlardan qaçdığını xəbər vermişdi.
Bazar ertəsi axşam Əmiri Pakistanın ABŞ-dakı İran maraqlarına baxan şöbəsinə gəlib və vətənə qaytarılmasını xahiş edib.
İranın XİN-liyinin sözçüsü Ramin Mehmanpərəst Əmirinin İran "üçüncü ölkə" vasitəsilə gələcəyini deyib.
O bəyan edib ki, İran tərəfi Əmirinin oğurlanmasında ABŞ-ın məsuliyyət daşımasına dair istintaqını davam etdirəcək.
Lakin ABŞ-ın dövlət katibi Hillari Klinton qəti surətdə oğurlama haqda ittihamları rədd edib.
"Cənab Əmiri ABŞ-da öz iradəsi ilədir və nə vaxt istəsə ölkəni tərk edə bilər."
İran mətbuatına əsasən, Əmiri Tehran universitetində işləyib, lakin başqa məlumatlarda onun İranın atom enerjisi təşkilatında çalışdığı və nüvə proqramı ilə yaxından tanış olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR