Bank Of Baku

ABŞ həbsxanasının nəzarəti iraqlılara verildi

ABŞ həbsxanasının nəzarəti iraqlılara verildi
# 16 iyul 2010 02:34 (UTC +04:00)
Bakı-APA. Birləşmiş Ştatlar İraqda özünün nəzarət etdiyi sonuncu həbsxananın nəzarətini İraq rəsmilərinə verib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, ABŞ rəsmiləri Bağdad yaxınlığındakı Camp Cropper həbsxanasının nəzarətini bu gün mərasim zamanı ötürüb.
Həbsxanada 1500 məhbus saxlanılır. İraqın keçmiş diktatoru Səddam Hüseyn və ona yaxın yüksək vəzifəli şəxslər Camp Cropper həbsxanasında saxlanılmışlar.
Həbsxananın nəzarətinin iraqlılara verilməsindən öncə ABŞ İraqın keçmiş baş nazir müavini Tariq Əziz və başqa yüksək səviyyəli keçmiş rəsmiləri ölkə rəsmilərinə təhvil veriblər. Rəsmilərin bildirdiyinə görə, daha 200 məhbus ABŞ-ın nəzarəti altında qalacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR