Bank Of Baku

Uqo Çaves Venesuelanın xalq qəhrəmanı Simon Bolivarın meyitini eksqumasiya edib

Uqo Çaves Venesuelanın xalq qəhrəmanı Simon Bolivarın meyitini eksqumasiya edib
# 17 iyul 2010 07:48 (UTC +04:00)
APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, bu barədə Uqo Çaves özünün “Twitter”dəki mikrobloqunda məlumat verib.

Venesuela prezidenti bildirib ki, Bolivarın meyitinin qalıqlarını tədqiq edərək, onun ölümünün əsl səbəbini müəyyənləşdirəcəklər. Qalıqların Bolivara məxsusluğunu təsdiq etmək üçün artıq DNK nümunələri götürülüb, kəllə və sümüklərin tomoqrafiyası həyata keçirilib.

Qeyd edək ki, Venesuelanın ənənəvi milli rəyinə görə, məşhur xalq qəhrəmanı 1830-cu ildə 47 yaşında vərəmdən ölüb. Uqo Çaves isə onun sövdələşmə nəticəsində öldürüldüyünü iddia edir.

Venesuelanın baş prokuroru Luis Orteqa Diaz bildirib ki, Bolivarın meyitinin qalıqları üzərində 50 ekspert, o cümlədən kriminalistlər və patoloqoanatomlar işləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR