Bank Of Baku

Məhkəmə Arnold Şvartsneggerə məmurların məvaciblərini azaltmaq icazəsi verməyib

Məhkəmə Arnold Şvartsneggerə məmurların məvaciblərini azaltmaq icazəsi verməyib
# 17 iyul 2010 14:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Məhkəmə Kaliforniya ştatının qubernatoru Arnold Şvartsneggerə məmurların aylıq məvaciblərini aşağı salmaq icazəsi verməyib.

APA-nın “Associated Press”-ə istinadən xəbərinə görə, Sakramento şəhər məhkəməsi Kaliforniya qubernator administrasiyasının yerli məmurların maaşlarının aşağı salınması ilə bağlı qəbul etdiyi qanunu qüvvədən salıb.

Məhkəmənin hökmünə görə, məvaciblərin aşağı salınması məmurlar arasında mənfi təzahürlərə yol aça bilər.

Qubernator Administrasiyasından isə bildirilib ki, məvaciblərin aşağı salınması ilə bağlı qərarın ştatda işləyən 200 min məmura şamil olunması nəzərdə tutulub. Yeni büdcənin təsdiqindən sonra isə problem həll ediləcək. Administrasiyadan birinci məhkəmə instansiyasının qərarından apellyasiya şikayəti veriləcəyi də qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR