Bank Of Baku

BP quyusundan neft ikinci gündür ki, sızmır

BP quyusundan neft ikinci gündür ki, sızmır
# 17 iyul 2010 17:45 (UTC +04:00)
Bakı-APA. Meksika Körfəzində qəzaya uğramış neft quyusundan ikinci gündür ki, neft sızmır.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, BP yeni tıxac yerləşdirdiyi quyunun təzyiqinin yoxlanılması ilə bağlı apardığı sınaqlarını davam etdirir.
Bu sınaqların nəticəsi bu gün məlum olmalıdır.
Hazırda içərisindən neft sızan quyunun yuxarısına yerləşdirilmiş nəhəng tıxacın içindəki təzyiq ölçülməkdədir. Yüksək təzyiq o deməkdir ki, quyu içərisindəki sel axınını saxlayır və o, sızmır.
Eyni zamanda isə təzyiq heç də BP mühəndislərinin ideal vəziyyətdə arzuladıqları kimi yüksək səviyyəyə qalxmır.
BP və Amerika rəsmiləri bunu iki yolla izah edirlər. Birincisi, neft rezervuarının qurumağa başlaması ehtimalı, və ya sızmanın haradasa başqa bir yerdən başlaması ilə izah edilir.
Buna rəğmən, BP bildirib ki, quyudan hər hansı sızıntının olması müşahidə edilmir. Dənizin bir mil dərinliyində aparılan sınaqlar davam edərkən, Meksika Körfəzinin sakinləri narahatlıqla nəticələri gözləyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR