Bank Of Baku

ABŞ HHQ-nin bir qrup gəmisi Cənubi Koreyaya yola düşüb

ABŞ HHQ-nin bir qrup gəmisi Cənubi Koreyaya yola düşüb
# 20 iyul 2010 00:02 (UTC +04:00)
Bakı-APA. George Washington atom aviadaşıyanı başda olmaqla ABŞ HHQ-nin həmləçi qrupu Cənubi Koreya sahillərinə yola düşür. Bu məlumatı Pentaqon rəsmi surətdə təsdiq edib.

Amerika gəmiləri çərşənbə günü Cənubi Koreyanın Pusan şəhərinin limanına yan almalıdırlar. Onlar birgə ABŞ-Cənubi Koreya hərbi-dəniz təlimlərində iştirak edəcəklər. 97 min ton su tutumu olan George Washington aviadaşıyanını McCampbell, John McCain və Lassen eskadra mina gəmiləri müşayiət edəcəklər. Yerli müşahidəçilər hərbi gəmilərin bölgəyə səfərini Sarı dənizdə Cənubi Koreyanın «Çxonan» korvetinin məhv olması ilə əlaqələndirirlər. ABŞ korvetin məhvinə görə məsuliyyəti Koreya Xalq Demokratik Respublikasının üzərinə qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR