Bank Of Baku

Keçmiş diktator Bouterse Surinamın prezidenti seçilib

Keçmiş diktator Bouterse Surinamın prezidenti seçilib
# 20 iyul 2010 01:06 (UTC +04:00)
Bakı-APA. Surinam parlamenti keçmiş diktator Desi Bouterseni prezident vəzifəsinə ölkə seçib.

64 yaşlı Boutersenin başçılıq etdiyi Meqa Birlik bloku may ayında keçirilmiş seçkilərdə qalib gəlsə də, parlamentdə mütləq çoxluğa malik deyil.

51 yerlik Surinam parlamentində Bouterse 36 səs yığa bilib. Onun rəqibi ədliyyə naziri Çandrikapersad Santoxi 13 səs alıb.

Surinam parlamenti dövlət başçısını 5 illik müddətə seçir. Prezident istənilən qədər seçilə bilər.

1980-ci ilin fevralında ordu basketbol klubun məşqçisi serjant Bouterse çevriliş edərək hakimiyyətə gəlib.

1987-ci ildə Bouterse Konstitusiyanı bərpa etməyə və seçki keçirməyə razı olsa da, silahlı qüvvələrin komandanı vəzifəsini özündə saxlayıb. 1990-cı ildə yenidən çevriliş edən Bouterse 1991-ci ildə seçki keçirməyə icazə verib. O vaxtdan etibarən o legitim yolla hakimiyyətə gəlməyə çalışır.

1999-cu ildə Niderland məhkəməsi qiyabi şəkildə Desi Buterseni narkotik qaçaqmalçılığında müqəssir bilib. Surinam Niderlandın keçmiş müstəmləkəsidir və 1975-ci ildə müstəqillik əldə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR