Bank Of Baku

ABŞ-ın terrorçuluqla müharibəyə sərf etdiyi xərclər 1,5 trln. dollara çatıb

ABŞ-ın terrorçuluqla müharibəyə sərf etdiyi xərclər 1,5 trln. dollara çatıb
# 20 iyul 2010 16:57 (UTC +04:00)
Bakı - APA. 11 sentyabr hadisələrindən ötən 9 il ərzində ABŞ-ın hərbi xərcləri 1 trln. dolları ötüb.

APA-nın Amerika Alimləri Federasiyasının saytına istinadən xəbərinə görə, bu nəticəyə ABŞ Konqresinin xahişi ilə hazırlanan məruzənin müəllifləri gəlib.

Məruzədə son 230 il ərzində - müstəqillik uğrunda müharibədən başlayaraq ABŞ-ın müxtəlif hərbi kampaniyalara xərclədiyi vəsaitin müqayisəli təhlili verilir. Məruzə müəlliflərinin fikrincə, ABŞ terrorçuluqla müharibəyə 1,5 trln. dollar xərcləyib. Bu, ABŞ tarixində İkinci Dünya müharibəsi (4,1 trln. dollar) istisna olmaqla digər müharibələrə xərclənən vəsaitin həcmini üstələyir.

Müqayisə üçün qeyd edək ki, ABŞ Vyetnamda 20 il sürən müharibəyə 738 mlrd. dollar xərcləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR