Bank Of Baku

ABŞ-ın iki hərbi gəmisi Cənubi Koreyaya yola düşüb

ABŞ-ın iki hərbi gəmisi Cənubi Koreyaya yola düşüb
# 21 iyul 2010 00:49 (UTC +04:00)
Bakı-APA. ABŞ rəsmiləri bildiriblər ki, aviasiya daşıyıcısı və iki hərbi gəmi Cənubi Koreyanın Busan limanına beş günlük səfər edəcək
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, ABŞ-n müdafiə naziri Robert Qeytsin üç günlük danışıqlar aparmaq üçün bu gün Seula çatıb. Bu gün Cənubi Koreyalı həmkarları ilə iki üstəgəl iki çərçivəsində danışıqlar aparmaq üçün Hilari Klinton Robert Qeytə qoşulacaq. ABŞ rəsmiləri eyni zamanda bildiriblər ki, USS George Washington adlı təyyarə daşıyan gəmi və iki hərbi gəmi çərşənbə günündən başlayaraq beş gün Cənubi Koreyanın Busan limanında qalacaq. Başqa bir hərbi gəmi isə Çinhae limanında lövbər salacaq. Rəsmilər Amerika hərbi gəmilərinin Çini narahat edən birgə donanma təlimlərində iştirak edib - etməməsi barədə heç bir fikir bildirməyiblər. Təlimlərin Sarı dənizdə manevr etmək də daxil olmaqla, detalları bu həftə görüş zamanı məlum olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR