Bank Of Baku

Məşhur kommunist Luis Korvalan vəfat edib

Məşhur kommunist Luis Korvalan vəfat edib
# 21 iyul 2010 16:44 (UTC +04:00)
Bakı – APA. Çili Kommunist Partiyasının keçmiş baş katibi Luis Korvalan 94 yaşında vəfat edib. APA-nın xəbərinə görə, bu barədə Çili radiosu xəbər yayıb.

L. Korvalan 1916-cı ildə doğulub və 16 yaşında Kommunist Partiyasına daxil olub. Partiya qəzetinə redaktorluq edib. 1948-1958-ci illərdə, kommunizm ölkədə yasaq olarkən L. Korvalan bir neçə dəfə həbs olunub. O, 1958-ci ildə Çili Kommunist Partiyasının rəhbəri seçilib. 1973-cü ildə baş verən hərbi çevriliş və Auqusto Pinoçetin hakimiyyətə gəlməsindən sonra L. Korvalan həbs edilib. Onun azadlığı uğrunda beynəlxalq kampaniya başlayıb. SSRİ-də akademik Andrey Saxarov antisovet təbliğatına görə həbs olunmuş dissident Vladimir Bukovski ilə L. Korvalanı dəyişdirməyi təklif edib. Siyasi məhbusların dəyişdirilməsi baş tutub və L. Korvalan SSRİ-dən siyasi sığınacaq alıb. O, 1983-cü ildə zahiri görkəmini dəyişərək gizli şəkildə Çiliyə qayıdıb. 1989-cu ildə Pinoçetin diktatura rejimi sona yetdikdən sonra L. Korvalan da Kommunist Partiyasının liderliyindən gedib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR