Bank Of Baku

ABŞ qüvvələri Şimali İraqdan ən axırıncı çıxacaqlar

ABŞ qüvvələri Şimali İraqdan ən axırıncı çıxacaqlar
# 22 iyul 2010 00:02 (UTC +04:00)
Bakı-APA. Şimali İraqdakı ərəb-kürd etnik qarşıdurması Amerikanı narahat edir. İraqdakı ABŞ qüvvələrinin komandanı general Raymond Odierno, ABŞ qüvvələrinin ən axırıncı Şimali İraqdan çıxacağını bildirib.

Vaşinqtonda çıxış edən Odierno ərəblərlə kürdlər arasındakı etnik gərginliyi «ölkədə sabitliyə qarşı ən böyük təhlükə» kimi dəyərləndirib.

Odierno gərginliyin ABŞ qüvvələrinin çəkilməsinin başa çatacağı 2011-ci ilin sonunadək aradan qalxacağını sanmadığını bildirib.

«ABŞ qüvvələrinin qalacağı son yerlərdən biri güman ki, Kərkük olacaq. Münaqişəli bölgələrdəki problemləri həll edə bilmədik. Bu gələcəkdə müzakirə edilməsi vacib olan problemdir», deyə amerikalı general bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR