Bank Of Baku

Metyü Brayza: “Azərbaycan Birləşmiş Ştatlarının mühüm tərəfdaşıdır”

Metyü Brayza: “Azərbaycan Birləşmiş Ştatlarının mühüm tərəfdaşıdır”
# 22 iyul 2010 21:40 (UTC +04:00)
Bunu ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi irəli sürülmüş Metyü Brayza ABŞ Senatının Xarici Əlaqələr Komitəsində öz namizədliyinin dinləməsində çıxışı zamanı deyib.
APA-nın Vaşinqton müxbirinin verdiyi xəbərə görə, Metyü Brayza Azərbaycanı ABŞ-ın ən mühüm tərəfdaşı adlandırıb.
“Azərbaycana münasibətdə bizim xalqımızın maraqlarını irəli aparmaq üçün bu komitə ilə və Konqresin digər üzvləri ilə daha sıx işləyəcəyimi öhdəmə götürürəm”, o deyib.
Metyü Brayzanın sözlərinə görə, Azərbaycan Avropa, Orta Asiya və Mərkəzi Asiyanın qovşağında yerləşən zəngin tarixə və dini-etnik müxtəlifliyinə görə zəngin olan və əhalisi müsəlmanlardan ibarət bir ölkədir.
“Azərbaycan son illər iqtisadiyyatın inkişaf tempinə görə dünyanın ən öndə gedən ölkəsidir. 11 sentyabr terror hadisələrindən sonra Azərbaycan ABŞ-ın ən yaxın tərəfdaşlarından birinə çevrilib. Azərbaycanın o zamankı prezidenti Heydər Əliyev Azərbaycanın hava məkanını ABŞ hərbi təyyarələrinin istifadəsi üçün təklif etdi. Və hazırda da Azərbaycan ABŞ təyyarələrinin benzin doldurması üçün yardım edir. Azərbaycan həmçinin terrorçuluqla mübarizədə ABŞ-la sıx əməkdaşlıq edir”, Brayza vurğulayıb.

O həmçinin qeyd etdi ki, Birləşmiş Ştatlar və Azərbaycan Xəzər dənizi Hovuzunda və ondan kənarda kütləvi qırğın silahlarının sürətli artımının qabağını almasına yardımda birgə işləyiblər.

Sülh prosesi haqqında danışaraq, cənab Bryza xatırladıb ki, bu ərazidəki uzunsürən münaqişəni silah yolu ilə deyil, regiona sülh və əmin-amanlıq gətirəcək danışıqlar və dialoq yolu ilə həll edilməlidir.

"Mən Rusiyalı və Fransız həmkarım ilə uğurlu əməkdaşlıq etdiyimə görə fəxr edirəm. Münaqişənin sülh yolu ilə həll edilməsinə dair Ermənistan və Azərbaycan arasında yaxınlaşmanın olması üzrə birlikdə gördüyümüz işlər Helsinski Aktına əsaslanır. Yəni hərbi qüvvələrdən etməmək, dövlətlərin ərazi bütövlüyünə riayət etmək və xalqların öz müqəddəratını təyin etməsi prinsiplərinə əsaslanıb. Təsdiq olunacağı təqdirdə mən ATƏT-in Amerikalı həmsədri, səfir Robert Bratkeyə və onun daha iki həmkarına Azərbaycan və Ermənistan arasında razılığın əldə olunması niyyətlərində dəstək göstərəcəyəm”.

O həmçinin xatırladıb ki , Azərbaycan və ABŞ-ı bir sıra mühüm məsələlər əlaqələndirir. "Əgər namizədliyim təsdiq olunsa, mən o ölkədə ABŞ maraqlarını irəli çəkmək üçün əlimdən gələni edəcəyimi öhdəmə götürürəm".

İndianadan olan ABŞ Senatoru, Komitənin həmsədri Riçard Lugar bildirib ki, Bryzanın namizədliyinin irəli sürülməsi uzun müddət fasilədən sonra baş verib.

“Mən davam edən fasilənin ABŞ təhlükəsizlik maraqlarının inkişafına mane olacağından narahat idim. Bizim Komitə “Nabukko” boru-kəmərinin genişləndirilməsinə yardım məqsədi ilə səfir Riçarq Morninqstar ilə sıx işləyir. Bu tədbirlərin inkişaf etdirilməsi müttəfiqlərimizə enerji tədarükünün diversifikasiyasına imkan verir”, - Lugar deyib. ABŞ-ın Azərbaycan və Qafqaz regionunun digər ölkələri ilə sıx tərəfdaşlığı bizim qoşunlarımızın Yaxın Şərqə tranziti məsələsində əhəmiyyətli olacaq və bu da regiondakı münaqişəli məsələlərin həll edilməsində mühüm faktor ola bilər”, - Lugar qeyd edib.
Senator Lugar hesab edir ki, Metyü Brayza ABŞ-ın bu prioritetlərinə nail olması üçün unikal imkanlara malikdir.
“O bu ərazidə 13 ildir boyunca işləyib və müstəsna biliklərə malikdir. Mən bu müddətin böyük hissəsi boyunca Metyü ilə birgə işləmişəm. Onun şəxsi səyləri Qafqaz regionundakı xalqlar arasında əlaqələrin inkişaf etməsində və enerji təhlükəsizliyində əsas bünövrə olmuşdur”, - o vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR