Bank Of Baku

ABŞ Dövlət katibi Amerika ilə Vyetnam arasındakı normal münasibətləri alqışlayıb

ABŞ Dövlət katibi Amerika ilə Vyetnam arasındakı normal münasibətləri alqışlayıb
# 23 iyul 2010 01:25 (UTC +04:00)
Bakı-APA. ABŞ Dövlət katibi Hillari Klinton Amerika ilə Vyetnam arasındakı normal münasibətləri alqışlasa da, Vyetnamda insan hüquqlarının vəziyyətinə dair narahatlığını bildirib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, ABŞ-Vyetnam əlaqələrinin rəsmiləşdirilməsinin 15-ci ildönümü münasibəti ilə Hanoyda olan Klinton vyetnamlı həmkarı ilə birgə mətbuat konfransında iştirak edib. Dövlət katibi deyib ki, Vyetnam ABŞ qüvvələrinin 1975-ci ildə Sayqonu tərk etməsindən sonra böyük nailiyyətlər əldə edib.
Hillari Klinton Vyetnamın xarici işlər naziri ilə görüşü zamanı vətəndaş hüquqları barədə narahatlığını dilə gətirdiyini bildirib.
O, Amerikanın Vyetnam müharibəsi zamanı istifadə etdiyi herbisidlərin təmizlənməsində Vyetnama yardımların artırılacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR