Bank Of Baku

Ağ Ev büdcə kəsiri üzrə proqnozu yaxşılaşdırıb

Ağ Ev büdcə kəsiri üzrə proqnozu yaxşılaşdırıb
# 24 iyul 2010 09:15 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA. Ağ Ev bu il sentyabrın 30-da bitəcək maliyyə ilində büdcə kəsiri üzrə proqnozu 1,47 trilyon dollaradək azaldıb. APA-nın ABŞ xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, büdcə kəsiri üzrə gələn il üçün nəzərdə tutulmuş proqnoz da 1,42 trilyon dollara yüksəldilib.

ABŞ prezidenti yanında inzibati-büdcə idarəsinin hesabatına əsasən ölkə iqtisadiyyatı hələ də onun bərpasına əngəl törədən ciddi maneələrlə üzləşir. Söhbət kredit bazarlarında müşahidə olunan mürəkkəb vəziyyətdən, böyük həcmdə satılmayan mənzildən, dövlət xərclərinin ixtisarı üzrə böhran əleyhinə proqramdan və ABŞ iqtisadiyyatına mənfi təsir göstərən Avropa böhranından gedir. Lakin buna baxmayaraq, hesabatda qeyd edilib ki, 2010-2011-ci illərdə iqtisadiyyatın artımı və iş yerlərinin sayının çoxalması büdcə kəsiri üzrə proqnoza yenidən baxaraq onun bu il azaldılmasına imkan yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR