Bank Of Baku

ABŞ və Cənubi Koreya hərbi təlimləri davam etdirirlər

ABŞ və Cənubi Koreya hərbi təlimləri davam etdirirlər
# 27 iyul 2010 01:39 (UTC +04:00)
Bakı-APA. ABŞ və Cənubi Koreya hərbi gəmiləri və vertolyotları sualtı-qayıq əleyhinə təlimləri davam etdirirlər.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, İkinci gün keçirilən mühüm təlimlər Şimali Koreyanın mümkün təcavüzünün qarşısını almaq məqsədi daşıyır. Cənubi Koreyanın Yonhap xəbər agentliyi bildirir ki, təlimlərdə düşmən sualtı-qayıqlarına hücum və savaş təyyarələri eskadrilyasından həqiqi güllələrlə düşmənə atəş açılması məşq edilib. “Məğlubedilməz Ruh” başlığı altında keçirilən təlimlər çərşənbə gününə qədər 20 gəmi, sualtı-qayıq və USS Corc Vaşınqton adlı təyyarədaşıyan nüvə gəmisi daxil olmaqla, 8000 ABŞ və Cənubi Koreya qoşunlarının iştirakını əks etdirir. Təlimlərdə iştirak edən 200 təyyarə arasında F-22 Raptorlar var. Radardan yayınan döyüş təyyarələri ABŞ hərbi hava qüvvələrinin ən müasir təyyarələridir. Corc Vaşınqton gəmisinin komandanı Kapitan Devid Lausman bildirib ki, Şimali Koreyanın törətdiyi təhlükə onun gözlənilməzliyindən qaynaqlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR