Bank Of Baku

ABŞ Meksikanın “ən təhlükəli” şəhərində konsulluğunu bağlayıb

ABŞ  Meksikanın “ən təhlükəli” şəhərində konsulluğunu bağlayıb
# 31 iyul 2010 02:04 (UTC +04:00)
Bakı-APA. ABŞ Meksikanın Süidad Xuarez şəhərində Baş Konsulluğunu “qeyri-müəyyən” müddətə bağlayıb.
APA-nın RFİ radiosuna istinadən verdiyi xəbərə görə, bu, sözü gedən şəhərdə müxtəlif narkotik kartellərin aralarında apardığı qanlı mübarizə ilə bağlıdır.
ABŞ sərhədi yaxınlığında yerləşən Süidad Xuarez Meksikanın ən təhlükəli şəhər hesab edilir. Şimalı Meksika narkotik kartellər müharibə meydanına çevrilib. İlin əvvəlindən bu şəhərdə 7000 insan həlak olub.
2006-ci ildə Meksika prezidenti Felipe Roma, mütəşəkkil cinayətkarlıqla geniş mübarizə aparır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə 50.000 hərbiçi cəlb edilib. ABŞ bu təşəbbüsü dəstəkləyib. Meksika Latın Amerikasından ABŞ-a narkotiklərin qanunsuz dövriyyəsi üçün əsas məntəqədir.
2006 ildən narkotik alverçiləri ilə Meksika təhlükəsizlik qüvvələri arasında toqquşmalarda 25 min nəfər ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR