Bank Of Baku

Barak Obama Amerikanın İraqdakı döyüş missiyasının başa çatdığını elan edib

Barak Obama Amerikanın İraqdakı döyüş missiyasının başa çatdığını elan edib
# 03 avqust 2010 00:43 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama Amerikanın İraqdakı döyüş missiyasının başa çatdığını elan edib. Bu barədə APA voanews.com-ə istinadən məlumat verir. Obama bildirib ki, sabiq prezidet Corc Buşun elan etdiyi İraqın Azadlıq Əməliyyatı avqust ayının 31-də başa çatdırılacaq. Beləliklə 90 min əsgərdən ibarət qüvvə vətəninə qayıdacaq. İraqda qalacaq 50 min nəfərlik qüvvə İraq əsgərlərinə təlimlər keçəcək və əks-terror əməliyyatlarında onlara yardım göstərəcək. ABŞ qüvvələri 2011-ci ilin sonunadək İraqı tamamilə tərk etməlidir. Prezident Obama çıxışını Gorgiya ştatının Atlanta şəhərində əlil müharibə veteranları qarşısında edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR