Bank Of Baku

ABŞ İrana qarşı hərbi hücumu nəzərdən keçirib

ABŞ İrana qarşı hərbi hücumu nəzərdən keçirib
# 03 avqust 2010 22:47 (UTC +04:00)
Bakı-APA. Birləşmiş Ştatlar İrana hərbi hücumu nəzərdən keçirib.
APA-nın «RFI» radiosuna istinadən verdiyi xəbərə görə, ABŞ-ın Amerika Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsin başçısı Admiral Mayk Mullen deyib ki, İran nüvə silahını işləyib hazırlamaqda davam edəcəyi təqdirdə Pentaqonun İrana qarşı hərbi müdaxilə etməsi istisna edilmir.
"Ümidvarıq ki, hərbi variantın reallaşmasına ehtiyac olmayacaq, amma bir vasitə kimi variant var və əsaslı surətdə hazırlanıb”,- admiral bildirib.
İranın müdafiə naziri Əhməd Vahidi Mullenın bəyanatını "faşistsayağı" bəyanat adlandırıb.

"Bu tamamilə ABŞ-ın sülhə çağırış barədə bəyanatlarına ziddir və BMT-nin Nizamnaməsinin pozulması deməkdir”,- o vurğulayıb.

İranın xarici işlər naziri Məniçöhr öz növbəsində deyib ki, İrana hücum olarsa, bu zaman bunun nəticəsi ABŞ üçün "İraq və Əfqanıstandan da pis olacaq".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR