Bank Of Baku

Amerikalı hüquqşünas BMT baş katibini məhkəməyə verib

Amerikalı hüquqşünas BMT baş katibini məhkəməyə verib
# 06 avqust 2010 12:05 (UTC +04:00)
Bakı – APA. Amerikalı hüquqşünas Robert Epplton (Robert Appleton) BMT-nin baş katibi Pan Gi Munu məhkəməyə verib. APA-nın “The Daily Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, BMT-nin mübahisələr üzrə tribunalına (United Nations Dispute Tribunal - UNDT) müraciət edən R. Epplton baş katibdən 1,5 milyon dollar kompensasiya tələb edib.

R. Eplton P. G. Munu irqi və cinsi ayrı-seçkilikdə günahlandırır. Belə ki, baş katib onun BMT-nin daxili nəzarət xidmətləri idarəsinin istintaq şöbəsinin rəisi vəzifəsinə təyinatını əngəlləyib. İdarə bu vəzifə üçün yeganə namizəd kimi R. Eppltonu təqdim etsə də, P. G. Mun bunu qəbul etməyərək bildirib ki, BMT-də yüksək vəzifələrə namizədlər bütün irqlərin nümayəndələri arasından seçilməli, üstəlik namizədlər arasında qadın da olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR