Bank Of Baku

Pentaqon məxfi sənədlərin təhvilini tələb edir

Pentaqon məxfi sənədlərin təhvilini tələb edir
# 06 avqust 2010 23:33 (UTC +04:00)
Bakı-APA. Pentaqon məxfi məlumatları işıq üzünə çıxaran internet saytı Vikiliksin sahib olduğu və hələ də dərc etmədiyi Əfqanıstandakı müharibəyə aid 15 minə yaxın sənədlərin dərhal təhvil verilməsini tələb edib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bu sənədlər saytda artıq dərc edilmiş və mülki şəxslərin həlak olması kimi hadisələr, habelə hərbi əməliyyatların təfərrüatlarını açıqlayan 75 min digər sənədlərlə birgə olaraq, bu internet resursun əlinə keçmişdi.
Vaşinqtondakı mətbuat konfransında Pentaqonun nümayəndəsi Cef Morell bildirib ki, bu məlumatların sızılması artıq Əfqanıstandakı qərb qüvvələri və bu ölkənin mülki şəxslərinin təhlükəsizliyinə zərbə vurub və növbəti sənədlərin açıqlanması daha çox ziyan vura bilər.
"Bu sənədlər Amerika Birləşmiş Ştatları hökumətinin mülkiyyətidir ki, orada məxfiləşdirilmiş və həssas məlumatlar var. Müdafiə Nazirliyi Vikiliksin nazirliyin məlumat bazaları və ya digər mənbələrindən birbaşa və ya dolayısı yollarla əldə etdiyi sənədlərin bütün növlərini Amerika hökumətinə dərhal qaytarılmasını tələb edir. Son həftə Vikiliks tərəfindən çox sayda sənədlərimizin ictimaiyyətə açıqlanması artıq qoşunlarımız və dünyanın bu hissəsinə sülhlə sabitliyin gətirilməsi naminə bizimlə birgə çalışan müttəfiqlərimizlə Əfqanıstan vətəndaşlarının təhlükəsizliyinə ciddi qorxular yaradıb".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR