Bank Of Baku

BMT Pakistanda baş verən genişmiqyaslı təbii fəlakətlərin milyonlarla insanı təsirinə məruz qoyduğunu bildirir

BMT Pakistanda baş verən genişmiqyaslı təbii fəlakətlərin milyonlarla insanı təsirinə məruz qoyduğunu bildirir
# 10 avqust 2010 01:08 (UTC +04:00)
Bakı-APA. BMT rəsmilərinin bildirdiyinə görə, Pakistanda baş verən üç genişmiqyaslı təbii fəlakət çox sayda insanı təsirinə məruz qoyub. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Təşkilatın Humanitar Yardımlar Şöbəsinin sözçüsü Maurisio Culiano bildirib ki, Pakistan hökumətinin hesablamalarına görə, indi baş verən daşqınların təsirləri yanvar ayında Haitidə zəlzələ, 2004-cü ildəki sunami və Pakistanda 2005-ci ildəki zəlzələ ilə müqayisədə daha çox olub. Pakistanda fəaliyyət göstərən yardım dəstələri 1600 insanın ölümünə səbəb olan və 15 milyona qədər insanı təsirinə məruz qoyan leysan yağışlarının vəziyyəti daha da çətinləşdirdiyini bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR