Bank Of Baku

Kolumbiya və Venesuela yaxın saatlarda münasibətləri bərpa edəcəklər

Kolumbiya və Venesuela yaxın saatlarda münasibətləri bərpa edəcəklər
# 10 avqust 2010 04:54 (UTC +04:00)
Kolumbiya və Venesuela arasında diplomatik münasibətlər artıq yaxın saatlarda bərpa oluna bilər. Bu barədə Braziliya prezidentinin administrasiyasından məlumat veriblər.

Mənbə bildirib ki, ötən gecə baş tutmuş telefon danışığı zamanı Kolumbiya lideri Xuan Manuel Santos Braziliya prezidenti Lulu da Silvaya «Kolumbiya və Venesuela xarici işlər nazirlərinin artıq yaxın saatlarda» diplomatik münasibətlərin bərpa olunduğunu elan edəcəklərini bildirib.

Daha öncə diplomatik dialoqu bərpa etmək məqsədilə Xuan Manuel Santos və Uqo Çavesin bu gün Boqotada bir araya gələcəkləri bildirilirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR