Bank Of Baku

Amerikanın Yuta ştatında bir qrup yapon turisti daşıyan sərnişin avtobusu qəzaya uğrayıb

Amerikanın Yuta ştatında  bir qrup yapon turisti daşıyan sərnişin avtobusu qəzaya uğrayıb
# 11 avqust 2010 02:22 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Yuta ştatında bir qrup yapon turisti daşıyan sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

APA-nın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, Yuta post-patrul xidmətinin nümayəndəsi bildirib ki, avtobus aşmazdan əvvəl istiqamətini dəyişərək şosenin orta xəttinə cıxıb. Turistlər Nevada ştatının Las Veqas şəhərindən Yutanın cənub-qərbində yerləşən Brays Kanyon Milli park istiqamətində irəliləyirmişlər.

ABŞ polisi hadisənin baş verməsinin günahını avtobusun sürücüsündə görür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR