Bank Of Baku

Azəbaycan diasporu Metyu Brayzanın namizədliyini dəstəkləyəcək

Azəbaycan diasporu Metyu Brayzanın namizədliyini dəstəkləyəcək
# 11 avqust 2010 05:18 (UTC +04:00)
Azərbaycan diasporunun üzvləri APA-nın Vaşinqtondakı müxbirinə bildiriblər ki, onlar erməni diasporunun təxribatına qarşı kampaniya keçirmək niyyətindədirlər.

"Erməni diasporu əlindən gələn hər şeyi edir ki, Metyu Brayzanın Azərbaycana səfir təyin edilməsinə qarşı çıxsın. Onlar Brayza və onun Bakıdakı işi ilə heç bir əlaqəsi olmayan məsələləri belə gündəmə gətirməyə cəhd edirlər”, - deyə Azərbaycan diasporunun fəallarından olan Fariz Həsənov bildirib.

Diasporun digər üzvü Sabit Kərimov isə deyib ki, erməni diasporu sensasiya yaratmaq üçün istənilən vaxt istənilən məsələni müzakirə etməyə hazır olan bəzi qeyri-ciddi KİV-ə məktub göndərib. Onlar, həmçinin Senatın üzvlərinə də fitnəkar məktublar göndərirlər.

"Hazırda biz, Brayzanın namizədliyi məsələsinin ermənilər üçün sadəcə siyasi oyun olmasını Senatın üzvlərinə və qəzetlərə, həmçinin regional ekspertlərə izah etmək üçün onlara məktublar göndəririk”, - deyə soydaşımız Samirə Vəliyeva qeyd edib.

Diasporun fəallarından olan Elmir Xudiyev isə hesab edir ki, Brayzanın karyerası və son illər ərzindəki fəaliyyəti Azərbaycana heç nə verməyib, bununla belə, o, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə çox diqqət yetirir: “Əlbəttə ki, bu, ermənilərə lazım deyil, buna görə də onlar Brayzanın namizədliyinə etiraz edirlər”.

APA-nın Vaşinqtondakı müxbirinə o da məlum olub ki, erməni diasporu ABŞ-ın Azərbaycandakı səfiri məsələsini bu ilin payızına qədər - ABŞ-da keçiriləcək parlament seçkilərinə qədər yubatmağa çalışır. Ermənilər hesab edirlər ki, onlar Senatın üzvlərini şantaj edə, beləliklə də Brayzaya dair qərarları istədikləri istiqamətə yönəldə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR