Bank Of Baku

Klinton SHS barədə müqavilənin Senat tərəfindən ratifikasiyasına şübhə etmir

Klinton SHS barədə müqavilənin Senat tərəfindən ratifikasiyasına şübhə etmir
# 11 avqust 2010 23:36 (UTC +04:00)
Bakı-APA. ABŞ dövlət katibi Hillari Klinton Rusiya ilə bağlanmış strateji hücum silahlarının (SHS) ixtisarı barədə müqavilənin ratifikasiya zamanı respublikaçı senatorlar tərəfindən də dəstəklənəcəyinə şübhə etmir. O sənədin ABŞ-ın milli maraqlarına cavab verməməyi barədə fikirləri qəti təkzib edib.

Aprel ayında bağlanmış müqaviləyə hazırda ABŞ Senatının beynəlxalq komitəsində baxılır. Komitə artıq müqavilə üzrə 18 dinləmə keçirib və avqustun 5-də sənədi Senatın ixtiyarına verməyə hazırlaşırdı. Lakin avqustun 5-də komitə müqavilə üzrə səsverməni ən azından ay yarıma təxirə salıb. Səbəb kimi komitə sədri Con Kerri senatorların «bu mürəkkəb sənədi» daha dərindən öyrənmək istəyini göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR