Bank Of Baku

ABŞ-ın Massaçusets Federal Apellyasiya Məhkəməsi erməni yalanlarının təbliğini qanuni sayıb

ABŞ-ın Massaçusets Federal Apellyasiya Məhkəməsi erməni yalanlarının təbliğini qanuni sayıb
# 13 avqust 2010 10:43 (UTC +04:00)
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, məhkəmənin qərarına əsasən ştat 1915-ci il hadisələrini şübhə altına alan mənbələri 1999-cu ildə dərsliklərdən çıxarmaqla söz azadlığı hüququnu pozmayıb.

Erməni və türk icmalarının nümayəndələri qərar verilərkən məhkəmə binasının önünə toplaşıblar. Türk diasporunun nümayəndəsi Cövdət Yıloğlu bu qərardan məyus olduqlarını söyləyib: “Biz ruhdan düşməyəcəyik. Öz fikirlərimizi müdafiə etmək üçün mübarizəni davam etdirəcəyik. Dünya ermənilərin yalanlarından xəbər tutmalıdır”. Diaspor təmsilçiləri yenidən apellyasiya məhkəməsinə müraciət edəcəklərini açıqlayıblar. Ermənilər isə məhkəmənin qərarını alqışlayıb.

Qeyd edək ki, 1915-ci il hadisələrinin dövlət məktəblərində tədrisinə etiraz etmək üçün 2005-ci ildə türk diaspor təşkilatları məhkəməyə müraciət edərək “erməni soyqırımı"nı inkar edən mənbələrin tədris planına əlavə olunmasını istəmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR