Bank Of Baku

Toy keçirildiyi restoranda atışma olub

Toy keçirildiyi restoranda atışma olub
# 14 avqust 2010 16:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. ABŞ-ın Nyu-York ştatının Baffalo şəhərində 4 nəfərin ölümü ilə nəticələnən silahlı insident baş verib.

APA-nın verdiyi məlumata görə, şəhər polisindən bildirilib ki, toy mərasiminin keçirildiyi “City Grill” restoranın qarşısında silahlı qarşıdurma yaranıb. Nəticədə 4 nəfər hadisə yerində keçinib, daha 4 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin restoranda keçirilən toy mərasimində baş verən dava ilə bağlılığı olub-olmaması və qarşıdurmada neçə nəfərin iştirak etdiyi istintaq qrupu tərəfindən araşdırılır.

Polis ölənlərdən birinin qadın olduğunu da açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR