Bank Of Baku

Human Rights Watch təşkilatı Səkinə Aştianinin edam olunacağından narahatdır

Human Rights Watch təşkilatı Səkinə Aştianinin edam olunacağından narahatdır
# 15 avqust 2010 03:38 (UTC +04:00)
Bakı-APA. Baş qərargahı Nyu York şəhərində yerləşən Human Rights Watch təşkilatı İran televiziyası Səkinə Məhəmməd Aştianinin olduğu deyilən qadının ərinə xəyanət etdiyini boynuna almasını nümayiş etdirdikdən sonra İranın ona daşqalaq yolu ilə edam edəcəyindən narahatlığını bildirib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, İran televiziyasının çərşənbə günü nümayiş etdirdiyi videoda qadın ərinə xəyanət etdiyini və ərini qətlə yetirməkdə əli olduğunu etiraf edir. Bundan əvvəl isə xanım Aştiani ona qarşı irəli sürülən ittihamları rədd etmişdi.
Televiziya ilə müsahibə verən qadının üzünün böyük hissəsi örtülü olduğu üçün onun şəxisyyətini müəyyən etmək qeyri-mümkün olub. İnsan haqları təşkilatından Nadya Xəlifə İranın daşqalaq praktikasını təndiq etmiş və bunu vəhşilik adlandırmışdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR