Bank Of Baku

Florida ştatından olan pastorun 11 sentyabrın ildönümünü Quranı yandırmaqla qeyd etmək çağırışı kəskin etiraz doğurub

Florida ştatından olan pastorun 11 sentyabrın ildönümünü Quranı yandırmaqla qeyd etmək çağırışı kəskin etiraz doğurub
# 16 avqust 2010 11:19 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Ümumdünya İslam Liqasının baş katibi Abdulla bin Əbdül Möhsün ət-Türki Florida ştatının Geynsvill şəhərinin pastoru Consun 11 sentyabrda törədilmiş terror aktının ildönümünü Quranı yandırmaqla qeyd etmək çağırışını kəskin pisləyib. APA-nın «RİA Novosti»yə istinadən verdiyi məlumata görə, «Ər-Riyad» qəzeti yazır ki, Ət-Türki bəyanatında bu antimüsəlman aksiyanın təhlükəsini qeyd edib: “Belə çağırışlar müxtəlif dinlərə sitayiş edən xalqların dinc yaşayışına və əməkdaşlığına təhlükədir. Sentyabrın 11-də Quranı yandırmaq və hər il bu günü Quranın yandırılması beynəlxalq günü kimi qeyd etmək çağırışı - insanlar arasında qarşılıqlı nifrətin qızışdırılmasına yönəlmiş ədavətin, abırsızlığın təzahürüdür”.
Baş katib, həmçinin qeyd edib ki, pastor Consun Quranı yandırmaq çağırışı BMT tərəfindən təsdiqlənmiş beynəlxalq norma və qanunların kobud pozulmasıdır: “Bu çağırışları 1,5 milyarddan artıq dünya müsəlmanları pisləyir. Onlar ABŞ-dan tələb edirlər ki, bu hörmətsizlik aksiyasının həyata keçməsinin qarşısı alınsın və İslam və müsəlmanları təhqir etmək Consa qadağan edilsin”.
Qeyd edək ki, dünya mətbuatının yazdığına görə, bir sıra xristian təşkilatları, o cümlədən Geynsvill xristian icmasının daxil olduğu ABŞ Yevangelistlər Milli Assosiasiyası Consun təşəbbüsünü qınayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR