Bank Of Baku

Barak Obama Pakistan və Əfqanıstana yardım göstərmək üçün yeni idarə yaradıb

Barak Obama Pakistan və Əfqanıstana yardım göstərmək üçün yeni idarə yaradıb
# 19 avqust 2010 04:57 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama Pakistan və Əfqanıstana yardım göstərmək üzrə yeni idarənin yaradılması barədə sərəncam imzalayıb.

Sənədə əsasən, yeni idarə ABŞ Dövlət departamentinin tərkibində müvəqqəti olaraq fəaliyyət göstərəcək. Onun vəzifəsinə «nazirlik və idarələrin Əfqanıstan və Pakistan hökumətlərinin möhkəmlədilməsi üzrə spesifik layihələrinin dəstəklənməsi, Əfqanıstan və Pakistan hökumətlərinin ekstremistlərlə mübarizədə imkanlarının genişləndirilməsi, həmçinin ABŞ-ın hər 2 ölkədə effektiv diplomatik mövcudiyyətinin dəstəklənməsi» də daxil olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR