Bank Of Baku

Vaşinqton liviyalı terrorçunu Şotlandiya həbsxanasına qaytarmağı tələb edib

Vaşinqton liviyalı terrorçunu Şotlandiya həbsxanasına qaytarmağı tələb edib
# 21 avqust 2010 04:58 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obamanın administrasiyası liviyalı terrorçu Əbdül Basset Əli əl-Meqrahini 2009-cu ildə vaxtından tez buraxıldığı Şotlandiya həbsxanasına qaytarmağı tələb edib. Ağ Ev nümayəndələri artıq müvafiq nəzər nöqtələrini Liviyaya da bəyan ediblər.

2001-ci ildə əl-Meqrahi 1988-ci ildə Şotlandiyanın Lokerbi gölü üzərində terror aktı təşkil etməyə görə 27 il müddətinə azadlıqdan məhrum edilmişdi. O zaman PanAmerican aviaşirkətinə məxsus təyyarədə partlayış baş vermişdi və nəticədə 259 heyət üzvü və sərnişin, həmçinin yerdəki 11 nəfər ölmüşdülər. Həlak olanların çoxu ABŞ vətəndaşları idi.

Həbsxanada 8 il qaldıqdan sonra terrorçunu səhhətinin pis olması ilə əlaqədar vaxtından əvvəl azad edilib. Sonradan məlum olub ki, vaxtından əvvəl azad edilmə barədə qərar əl-Meqrahinin həkimləri ilə məsləhətləşmədən verilib. O azad olunanda 3 aydan çox yaşamayacağı bildirilsə də, terrorçu hələ də sağdır.

Qərb KİV-də Əl-Meqrahinin azad olunmasında BP neft şirkətinin və Böyük Britaniyanın keçmiş baş naziri Toni Blerin əli olduğu bildirilir. Bu proses Böyük Britaniya və Liviya arasındakı neft müqavilələrinin əvəzində həyata keçirilib. Məlumatların doğruluğu ABŞ Senatı tərəfindən yoxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR