Bank Of Baku

Türkiyə XİN aparatının rəhbəri Firudin Sinirlioğlu ABŞ-da səfərdədir

Türkiyə XİN aparatının rəhbəri Firudin Sinirlioğlu ABŞ-da səfərdədir
# 24 avqust 2010 01:16 (UTC +04:00)
Vaşinqtondakı diplomatik qaynaqlardan əldə edilən məlumata görə, Sinirlioğlu dünənki təmasları çərçivəsində ilk öncə ABŞ Dövlət departamentinin müşaviri Uilyam Börns ilə görüşüb.

Sinirlioğlunun bugünkü təmaslarına ABŞ Milli Təhlükəsizlik Şurası Baş katibi Dennis Makdono, ABŞ Müdafiə nazirliyi müşaviri Mişel Flurno və Amerika Türk Şurası (ATC) İdarə Heyətinin sədri Riçard Armitac ilə keçirəcəyi görüşlərlə davam edəcəyi bildirilir.

Sinirlioğlunun sabahkı təmaslarında isə ABŞ-ın Avrasiya Enerji Özəl Təmsilçisi Riçard Morninqstar ilə köməkçisi Mark Peris, ABŞ dövlət katibinin köməkçisi Cim Steinberq, ABŞ dövlət departamentinin Avropa və Avrasiya məsələləri üzrə müşavirinin köməkçisi Filip Qordon ilə görüşəcəyi, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) mətbuata qapalı bir toplantıya qatılacağı və ABŞ-dakı xarici mətbuatın təmsilçiləri ilə bir araya gələcəyi məlum olub.

Müzakirələrin mövzusunun 2 ölkə arasındakı siyasi əlaqələrdən mədəni əlaqələrə qədər geniş diapazonu əhatə edəcəyi bildirilir.

Görüşlərdə Türkiyənin ABŞ-dakı səfiri Namiq Tan da iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR