Bank Of Baku

Mərkəzi Kəşfiyyat İdarəsi: “Əl-Qaida”nın Yəmən təşkilatı ABŞ, üçün ciddi təhlükə mənbəyinə çevrilməyə başlayıb

Mərkəzi Kəşfiyyat İdarəsi: “Əl-Qaida”nın Yəmən təşkilatı ABŞ, üçün ciddi təhlükə mənbəyinə çevrilməyə başlayıb
# 25 avqust 2010 16:23 (UTC +04:00)
Bakı-APA. Mərkəzi Kəşfiyyat İdarəsi “Əl-Qaida”nın Yəmən təşkilatının terror şəbəkəsində artan rolunda narahatdır. APA-nın məlumatına görə, MKİ-dəki mənbələr “The Washington Post”a bildirib ki, artıq bu qurum “Ərəbistan yarımadasındakı Əl-Qaida”nı ABŞ üçün əsas təhlükə mənbələrindən biri kimi dəyərləndirir. Bu günə kimi “Əl-Qaida”nın əsas mərkəzi Pakistandakı qruplaşmalar hesab olunurdu. Son illər bir çox terror hücumları məhz burada planlaşdırılıb və kamikadzelər məhz Pakistandakı düşərgələrdə təlim keçiblər. Bundan başqa MKİ əmindir ki, terror təşkilatının lideri Üsamə bin Laden Pakistanda gizlənir. Lakin son zamanlar Pakistanda keçirilən aktiv əməliyyatlardan sonra burada “Əl-Qaida”nın mövqeyi nəzərəçarpacaq dərəcədə zəifləyib. ABŞ pilotsuz təyyarələrinin bombardmanları nəticəsində təşkilatın onlarla nüfuzlu nümayəndəsi öldürülüb, terrorçuların düşərgələri darmadağın edilib. Bu fonda “Əl-Qaida”nın Yəmən təşkilatının fəaliyyətinin genişlənməsi ABŞ-ı ciddi narahat edir. “The Washington Post”un yazdığına görə, Vaşinqton artıq Yəməndəki terror qruplaşmalarına qarşı ciddi tədbirlər görməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR