Bank Of Baku

Kolumbiyada yüngül motorlu təyyarə qəzaya uğrayıb

Kolumbiyada yüngül motorlu təyyarə qəzaya uğrayıb
# 26 avqust 2010 03:48 (UTC +04:00)
Bakı-APA. Kolumbiyanın paytaxtı Boqotadan 200 km şimal-şərqdə ikimotorlu kiçik təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub.

Bu barədə Kolumbiya Mülki aviasiya idarəsinin nümayəndəsi Ektor Karraskal məlumat verib.

«Bukaramanqa şəhərindən qalxmış Pipper 34 təyyarəsi Kasanare departamentinin Yopal yaşayış məntəqəsinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 5 sərnişin və pilot həlak olublar», deyə Karraskal bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR