Bank Of Baku

Meksikanın şimalında öldürülmüş 72 nəfər əcnəbi vətəndaşlar olub

Meksikanın şimalında öldürülmüş 72 nəfər əcnəbi vətəndaşlar olub
# 26 avqust 2010 04:25 (UTC +04:00)
Bakı-APA. Meksika hüquq-mühafizə orqanları ibtidai istintaq zamanı ölkənin şimalında kütləvi məzarlıqda tapılmış 72 cəsədin Salvador, Honduras, Ekvador və Braziliya vətəndaşlarına məxsus olduğunu müəyyən ediblər. Bu barədə Meksika Milli Təhlükəsizlik şurasının katibi Alehandro Poyre bəyan edib.

Çərşənbə axşamı Meksika hərbçiləri ABŞ sərhədindən 160 km məsafədə yerləşən San Fernando bələdiyyəsindəki rançolardan birində əməliyyat keçiriblər. Şiddətli döyüşdən sonra rançonun ərazisində 58 kişi və 14 qadın meyiti basdırılmış kütləvi məzarlıq aşkar edilib. Döyüşün gedişində 1 əsgər və 3 quldur həlak olub.

Əməliyyat quldurların əlindən qaçmış yaralı ekvadorlunun kömək üçün müraciət etməsindən sonra başlanıb. Ekvadorlu silahlı adamların onları ABŞ-a keçirməyə söz verdiklərini, lakin bunun əvəzində mühacirləri güllələdiklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR