Bank Of Baku

Şimali Koreya həbsdə saxladığı amerikalını azadlığa buraxıb

Şimali Koreya həbsdə saxladığı amerikalını azadlığa buraxıb
# 28 avqust 2010 00:18 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın sabiq prezidenti Cimmi Karter yanvar ayından Şimali Koreyada həbsdə saxlanılan Amerika vətəndaşının azad edilməsinə nail olub. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Cimmi Karter və Ayalon Mahli Qomes artıq ABŞ-dadırlar. Nobel Sülh mükafatı laureatı Şimali Koreyaya iki gün öncə getmişdi. Dövlət Departamenti səfərin mahiyyətini özəl missiya kimi təsvir etmişdi. Departamentin dünən açıqladığı bəyanatda Qomesin azad edilməsindəki müstəsna roluna görə Karterə təşəkkür bildirilir. Qeyd edək ki, Qomes Çindən Şimali Koreyaya daxil olmağa çalışan zaman həbs edilmişdi. O, 8 illik islahedici məcburi əməyə və sərhədi qanunsuz keçdiyinə görə 700 000 dollarlıq cərimə ödəməyə məhkum olunmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR